Gundemxeber.az » Dünya » Bred Pitt üzüm bağını talamaqda ittiham olunur
Ancelina Colinin rusiyalı milyarder Yuri Şeflerə satdığı “Nouvel” şirkəti aktrisanın keçmiş əri Bred Pitti məhkəməyə verib. B.Pitt boşanmazdan əvvəl A.Coli ilə ortaq sahib olduqları “Chateau Miraval” üzüm bağını qarət etməkdə günahlandırılıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, B.Pitt hovuzun və səsyazma studiyasının təmirinə milyonlarla dollar xərcləyib. O, həmçinin təşkilatın idarə heyətinə müstəqil direktorlar təyin etməyib. Nəticədə şirkət şərab zavodunu idarə etmək hüququndan məhrum olub.
İddia ərizəsi verən hüquqşünaslar hesab edirlər ki, aktyorun “Nouvel”ə 350 milyon dollardan çox borcu var. Onların fikrincə, B.Pitt və tərəfdaşları şərab zavoduna nəzarəti saxlamaq və şirkəti aktivlərdən məhrum etmək üçün pis işlər görüblər.
Qeyd edək ki, 2022-ci ilin iyununda B.Pitt keçmiş arvadı A.Colinin ondan intiqam almaq üçün “Chateau Miraval”dakı payını satdığını iddia etmişdi. O, A.Colini satış faktını ondan qəsdən gizlətməkdə ittiham etmişdi. A.Coli isə bildirmişdi ki, alkoqol onun ailəsinə ziyan vurduğu üçün artıq bu biznesin aparılmasında iştirak etməyəcək.
Gundemxeber.az
7-11-2018, 14:15
17-11-2017, 23:16
21-12-2019, 13:02
22-09-2016, 12:50
21-07-2017, 11:38
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?