Benyamin Netanyahu hökumətinin həyata keçirdiyi məhkəmə islahatlarının minlərlə əleyhdarı ABŞ-nin Təl-Əvivdəki səfirliyi qarşısında etiraz aksiyası keçirir.
Nümayişçilər demokratiyaya dəstək və məhkəmə islahatlarına qarşı şüarlar səsləndirərək, ABŞ diplomatik missiyası yaxınlığındakı sahil zonası və küçəni bağlayıblar.
Məlumata görə, oxşar aksiyalar Netanyahunun Qüdsdəki iqamətgahı yaxınlığında və baş nazirin Kaysariyadakı evi qarşısında da keçirilir.
Qeyd edək ki, sözügedən islahatlar xüsusilə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və hakimlərin seçiminə nəzarətin icra hakimiyyətinə verilməsini nəzərdə tutur.
İslahat layihəsi 27-ci həftədir ki, liberal müxalifətin səngiməyən kütləvi etirazlarına səbəb olub.
Gundemxeber.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?