Rusiyanın Maliyyə və Energetika Nazirliyi “iPhone” və digər “Apple” cihazlarının iş məqsədləri üçün istifadəsini qadağan etmək qərarına gəlib.
Gundemxeber.az xarici mediaya istinadla məlumata verir ki, ölkənin Sənaye və Ticarət Nazirliyində də analoji qadağa bazar ertəsindən qüvvəyə minəcək.
Bildirilir ki, Rəqəmsal İnkişaf Nazirliyi və “Rostex” dövlət korporasiyası da bu nümunəni tətbiq etməyə hazırlaşır və ya artıq tətbiq edib.
İddiaya görə, hazırda rusiyalı məmurlar qadağa ilə əlaqədar üzərilərində başqa telefon gəzdirməli olduqlarından şikayətlənirlər.
Gundemxeber.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?