Gundemxeber.az » Dünya » Bayden Vatikan emissarı ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcək
ABŞ Prezidenti Co Bayden Roma Papasının Ukraynadakı nizamlanma üzrə nümayəndəsi kardinal Matteo Zuppini Vaşinqtonda qəbul edəcək.
Gundemxeber.az xarici mediaya istinadla bxəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer açıqlamasında bildirib.
“Prezident Bayden kardinal Matteo Zuppini iyulun 18-də Ağ Evdə qəbul edəcək. Kardinal Zuppi Papa Fransiskin tapşırığı ilə Vaşinqtona səfər edir”, - deyə məlumatda bildirilib. Jan-Pyerin sözlərinə görə, tərəflər Ukraynada hərbi əməliyyatlardan zərərçəkənlərə “humanitar yardımın” göstərilməsi, həmçinin “ukraynalı uşaqların repatriasiyası” mövzusunu müzakirə edəcəklər.
Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin əvvəlcədən bildirdiyi kimi, kardinalın ABŞ-yə səfəri iyulun 19-dək davam edəcək. Bəyanatda bildirilir ki, “Vaşinqtona səfər Ukraynada sülhə nail olmaq missiyası kontekstində baş tutacaq və mövcud faciəvi vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq və zəiflərə, xüsusilə də uşaqlara dəstək vermək üçün humanitar təşəbbüsləri təşviq etmək məqsədi daşıyır”.
Gundemxeber.az
8-06-2023, 10:53
5-06-2023, 15:11
11-07-2016, 23:26
14-05-2018, 09:58
30-11-2020, 10:07
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?