ABŞ-nin Hind-Sakit Okean Komandanlığının rəhbəri, admiral Con Akuilino Şimali Koreyanın sınaqdan keçirdiyi ballistik raketlərin Amerika ərazisinə çatmaq qabiliyyətinə malik olduğunu bildirib.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Akuilino bunu Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda çıxışı zamanı deyib.
Eyni zamanda, admiral qeyd edib ki, Pentaqon hələlik Şimali Koreya raketlərinin nüvə avadanlığı ilə ABŞ ərazisinə çata biləcəyini qiymətləndirə bilmir.
Akuilinonun sözlərinə görə, bu məqsədə çatmaq üçün Şimali Koreya konstruktorları nüvə başlığının ölçüsünü azaltmalıdırlar. Amma Pxenyanın belə bir nəticəyə nail olub-olmayacağı hələlik bəlli deyil.
Gundemxeber.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?