Gundemxeber.az » Dünya » Ağ Ev xəbərdarlıq etdi: “Rusiya Qara dənizdəki ticarət gəmilərinə hücum edə bilər”
“Rusiya qoşunları Qara dənizdə mülki gəmilərə zərbələr endirə və baş verənlərə görə Ukraynanı günahlandıra bilər”.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Adam Hodc bildirib.
Onun sözlərinə görə, ABŞ rəsmilərində Rusiyanın Ukrayna limanları yaxınlıqlarında əlavə dəniz minaları yerləşdirdiyi barədə məlumatlar var.
“Biz hesab edirik ki, bu, Qara dənizdə mülki gəmilərə qarşı istənilən hücuma haqq qazandırmaq və bu hücumlarda Ukraynanı günahlandırmaq üçün koordinasiya olunmuş cəhddir”, - deyə Adam Hodc qeyd edib.
O, həmçinin xatırladıb ki, iyulun 18-də və 19-da Rusiya Ukraynanın Odessada yerləşən taxıl limanlarını raket və pilotsuz uçuş aparatlarından atəşə tutub və bu da kənd təsərrüfatı infrastrukturunun dağılmasına, 60 min ton taxılın məhvinə səbəb olub.
Gundemxeber.az
26-11-2018, 09:53
12-11-2013, 15:03
22-09-2016, 13:19
30-05-2022, 18:22
28-04-2022, 12:29
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?