Moskva Ankaranın taxıl sazişi məsələsində mövqeyini və diplomatik təşəbbüslərini yüksək qiymətləndirir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin brifinqdə deyib.
"Mən həm Moskvada, həm də Ankarada çoxlu məsləhətləşmələr aparmışam, demək istəyirəm ki, türk həmkarların potensialını, biliyini və peşəkar bacarıqlarını yüksək qiymətləndirirəm".
Verşinin əlavə edib ki, Moskva və Ankara həm Rusiya, həm Türkiyə, həm də regional sabitliyə fayda verəcək nəticələr əldə etmək üçün fəaliyyəti davam etdirməlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?