Gundemxeber.az » Dünya » İsraildə etirazlara səbəb olan qanun layihəsi təsdiqləndi - YENİLƏNİB
İsrail Knesseti nəhayət ikinci oxunuşda ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatları haqqında qanun layihəsini təsdiqləyib.
Hakim koalisiyanın 64 deputatı qanun layihəsinin lehinə səs verib, müxalifət deputatları səsverməni boykot ediblər. İslahat Knessetin məhkəmə sistemi üzərində nəzarətinin əhəmiyyətli dərəcədə genişləndirilməsini, o cümlədən İsrail Ali Məhkəməsinin hökumətin qəbul etdiyi qərarları ləğv etmək hüququnun məhdudlaşdırılmasını əhatə edir.
14:00
İsrail Knesset (parlament) plenumu bu gün ikinci və üçüncü oxunuşda məhkəmə islahatlarının ən böyük rezonansa səbəb olan hissəsinə baxacaq.
İsrailin Ali Məhkəməsi hakimiyyətin qərarlarını məntiqli saymadığı halda ləğv edə bilər.
Qeyd edək ki, səhər islahat əleyhdarları parlament binasının qarşısına gəliblər. Onlara qarşı su şırnağından istifadə olunub.
Gundemxeber.Az
18-12-2018, 13:59
15-11-2017, 15:23
2-07-2018, 13:54
15-05-2015, 12:40
16-12-2017, 15:03
Sorğu
Yeni dizaynımız necədir?