Avropa diplomatiyasının rəhbəri Cozep Borrell bildirib ki, qurum Nigerə bütün maliyyə yardımını dayandıra bilər.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun iyulun 28-də Brüsseldə yayılan bəyanatında deyilir
Onun sözlərinə görə, konstitusiya quruluşunun istənilən pozulması Aİ ilə Niger arasında əməkdaşlığa, o cümlədən bütün büdcə dəstəyinin dərhal dayandırılmasına səbəb olacaq.
Niger Prezident Qvardiyasının hərbçiləri iyulun 27-nə keçən gecə dövlət başçısının və ailəsinin hakimiyyətdən uzaqlaşdırıldığını elan ediblər. Daha sonra üsyançılara Niger ordusunun komandanlığı dəstək verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?