Gundemxeber.az » Dünya » “Meta” sosial şəbəkələrində süni intellektə əsaslanan çatbotlar olacaq
ABŞ-nin “Meta” korporasiyası sosial şəbəkə platformalarında istifadəçilərlə ünsiyyət zamanı müxtəlif tarixi şəxsiyyətləri və digər personajları təqlid edə biləcək süni intellektə əsaslanan çatbotları işə salacaq.
Gundemxeber.az xarici mediaya istinadla məlumat verir ki, yeni proqram məhsulları sentyabrda istifadəyə verilə bilər. Onlar şirkətin sosial şəbəkələrinin istifadəçilərinə məlumat tapmaqda kömək edəcək, müxtəlif tövsiyələr verəcək, həmçinin əyləncə yaradacaqlar. Məsələn, personajlarla oynamaq mümkün olacaq. Botlar Avraam Linkoln kimi tarixi şəxsiyyətlərin danışıq tərzlərini təqlid edəcəklər. Onlar adi tematik personajları da təqlid edə biləcəklər. Məsələn, səyyah nöqteyi-nəzərindən tətilin planlaşdırılması və səyahətlə bağlı məsləhətlər verəcəklər.
Qeyd edək ki, korporasiyanın süni intellekt texnologiyaları əsasında proqram təminatının yaradılması sahəsində atdığı son addımlar şirkətin rəqabəti getdikcə daha çox hiss etməsi və daha çox yeni istifadəçi cəlb etməyə çalışması ilə bağlıdır.
Gundemxeber.az
13-12-2016, 23:46
28-11-2014, 00:24
18-07-2023, 22:17
10-05-2021, 12:45
2-08-2017, 15:38
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?