Gundemxeber.az » Dünya » Hindistan Pakistanla danışıqlara hazırdır
Hindistan terror təhlükəsi və düşmənçiliyin olmadığı bir şəraitdə Pakistanla münasibətlərin normallaşdırılmasına dair danışıqlar apara biləcək.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Baqçi deyib.
“Hindistanın bu məsələdə aydın və ardıcıl mövqeyi hamıya məlumdur. Biz bütün qonşularımızla, o cümlədən Pakistanla normal mehriban qonşuluq münasibətləri arzulayırıq. Bunun üçün terror və düşmənçilikdən uzaq bir mühit lazımdır”, - deyə diplomat bildirib.
Baqçinin bəyanatı Pakistanın Baş naziri Şahbaz Şərifin Hindistanla ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlara başlamaq istəyinə cavabdır.
Qeyd edək ki, bu həftənin əvvəlində o: “Pakistan və Hindistanın ciddi problemləri sülh danışıqları yolu ilə həll edilməsə, normal qonşu ola bilməyəcəklər”, - demişdi.
Gundemxeber.Az
14-03-2018, 12:35
21-11-2018, 16:22
18-03-2019, 13:59
26-02-2014, 13:39
3-05-2021, 17:17
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?