GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Suriyada kartların dəyişdirilməsi cəhdləri: Ermənistanın çalarları - TƏHLİL

Suriyada kartların dəyişdirilməsi cəhdləri: Ermənistanın çalarları - TƏHLİL

Tarix: 7-08-2023, 18:30 Bölmə :Dünya Baxış: 155


Nüfuzlu Müharibə Tədqiqatları İnstitutu “İran, Rusiya və Suriya rejimi ABŞ-ni Suriyadan çıxarmaq üçün məcburedici kampaniyalarını koordinasiya edirlər” başlıqlı hesabat yayımlayıb.

Moskva-Tehran-Dəməşqin səyləri Çinin Yaxın Şərqdə ABŞ-nin nüfuz dairəsini üstələməsi cəhdləri ilə əlaqəli şəkildə qurula bilər. Əgər hər şey plan üzrə getsə, Çinin regionda formalaşdırdığı yolun uzunluğu genişlənəcək.

Yaxın Şərqdə ABŞ üçün yaranan risklər Vaşinqtonun Suriya ərazisində cızdığı nüfuz dairəsinə müdaxilə imkanlarına yol açır - Rusiya, İran və Suriya boşluq yarandığını düşünüb oraya dolmaq istəyirlər. Lakin Ağ Evin Suriyada təşəbbüsünü əldən buraxan izlərə rast gəlmək mümkün deyil.

ABŞ Suriyanın, obrazlı desək, ən varlı oyunçusudur, o mənada ki, onun təyin etdiyi qövs (şimal-şərq regionunda) ölkənin təbii sərvətlər baxımından ən zəngin əraziləridir.

Ancaq Suriyadakı üç müttəfiq ABŞ-ni tutarlı şəkildə geri oturtmaq üçün fərasətlərini birləşdirdikdən sonra Vaşinqton oxunun fırlanma sürətində temp düşə bilər.

Rusiya

Kremldən basılan düyməyə əsasən, Rusiya mart ayının ortalarından bəri Suriyada ABŞ qüvvələrinin yerləşdiyi bazalara istiqamətlənən aqressiv uçuşlar həyata keçirir.

İran və Suriya

Bu iki müttəfiq iyul ayından etibarən Suriyanın şimal-şərqində ABŞ-nin nəzarətində olan ərazilərdə Vaşinqton üçün qalxan rolunu oynayan Suriya Demokratik Qüvvələrinin təmas xəttinə canlı qüvvə və hərbi texnika yerləşdirib.

Üç oyunçunun Deyr-əz Zor vilayətindəki aktivlikləri nəzərə çarpmaqdadır, beləliklə, ABŞ-nin qısnanılması planının icra edilməsi Suriyadakı donmuş cəbhə xətlərini yenidən şəkilləndirə bilər.

Strateji oyunda kartları dəyişdirən xüsusiyyətlərdən biri də Türkiyənin Suriya hakimiyyəti ilə danışıqlara “yaşıl işıq” yandırmasıdır, hərçənd ki, hələ də dövlət başçıları səviyyəsində görüş təşkil edilməyib.

Türkiyənin maraqları Suriyada qopa biləcək hər hansı tozanaqdan sonra terrorçu ünsürlərin aktivləşmək ehtimalına qarşı tədbirlər paketinin icrasına istiqamətlənib.

Ancaq Türkiyənin Qərblə münasibətlərinin arasında hörülən çəpərləri əzib daha konstruktiv danışıqlara köklənməsi cəhdi Ankara ilə Moskvanın Suriyada bölüşdüyü maraqları parçalaya bilər.

Bu, ayrı bir məcradır, amma bəllidir ki, Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması cəhdləri Rusiyanın maraqlarına adekvat formada təşkil edilir.

Digər bir variant belədir ki, ABŞ də Türkiyənin Suriya rejimi ilə istiləşən münasibətlərini özünün böyük plandakı təminedici xarakteri kimi bərkitməyə çalışır.

Oyun masasında nələrin dəyişib, nələrin sabit qalacağı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında yaxın zamanlarda baş tutacaq görüş, bundan sonra isə mümkün Vaşinqton-Ankara danışıqları ilə aydınlaşacaq.

Ona görə də Türkiyə ilə Rusiya Suriyada maksimal şəkildə bir-birinin sinirinə toxuna biləcək addımlardan çəkinir - ən azından, Ərdoğan-Putin görüşünə qədər gərginləşmənin müşahidə olunacağını proqnozlaşdırmaq çətindir.

İranın proseslərdəki rolu Moskvanın izlərindən daha yüngüldür, ona görə də Moskva bir nöqtədən sonra Tehranın maraqlarını İsrailin Suriyadakı işləkliyi önündə qurban verə bilər.

İranın isə Suriyada nüfuz xətləri genişdir, Tehran bu “ənginlik”dən istifadə edib maraqlarını tamamlayan məqsədləri ən çox Moskvada axtarmağa davam edəcək.

Tehranın Türkiyə ilə anlaşmaq ehtimalı isə yalnız etiket xarakterli ola bilər, bu mənada Ankara ilə Tehranın maraqlarının birləşəcəyi zəif versiya kimi görünür.

Bilinən budur ki, Rusiya-Ukrayna müharibəsinin müşayiətilə Suriyanın gələcəyi uğrundakı rəqabət ölkənin iqtisadi resurslarına çıxışı təşviq edəcək.

Bunun nə dərəcədə strateji fikir ayrılıqları əks etdirəcəyini toqquşan və birləşən maraqlar kontekstində müəyyən etmək elə də asan olmayacaq.

Bəlli olan tərəflər budur ki, həm Vaşinqton, həm Moskva, həm Ankara, həm də Tehran Suriyada möhkəmlənməyə daha geniş məqsədlər üçün bir vasitə kimi baxırlar.

Suriyada yaranan öhdəliklər eyni oyunçuların aktiv olduğu Mərkəzi Asiya, Cənubi Qafqaz bölgələrinə də təsirsiz ötüşmür, ona görə də bu regionlar strateji maraqlarda vahid cismin ayrı-ayrı orqanları kimi qiymətləndirilir.

Suriya ilə Ermənistanın mənzərəsi arasında müqayisələr fonunda Cənubi Qafqaza təsirlər aydınlaşa bilər.

Beləliklə, Suriyada əsas oyunçular ABŞ, Rusiya, Türkiyə, İrandır.

Ermənistan

- Rusiya ölkənin iqtisadi vəziyyətində üstün mövqedədir,

- Kreml Ermənistanın təhlükəsizlik sferasına nəzarət edir, Rusiya hərbçiləri ölkənin İran və Türkiyə ilə sərhədlərində, Azərbaycanla sərhədin bəzi hissələrində xidmət edirlər,

- Hava limanının təhlükəsizliyi Rusiyanın əlindədir,

- Avropa İttifaqının missiyası Fransanın kölgəsi altında yarımhərbi statusda Azərbaycanla sərhədə yerləşdirilib, bu, ABŞ-nin maraqları ilə uyğunluq təşkil edir,

- İran ölkəni öz çətiri altında tutmağa çalışır, hərbi ritorika ilə bunu nümayiş etdirir.

Azərbaycan və Türkiyə

Strateji müttəfiqlər Qarabağ müharibəsinin nəticəsində Azərbaycanın Ermənistan sərhədlərinə çıxış əldə etməsindən sonra Ermənistan içərisində nüfuz dairəsi formalaşdırırlar.

2022-ci ilin sentyabrında sərhəddə baş verən toqquşmalardan sonra Azərbaycan və Türkiyə digər oyunçuların Ermənistandakı nüfuz dairəsinin həndəvərinə daxil oldular və bununla da özlərinin strateji müdafiə potensiallarını artırdılar.

Suriyada hərbi hərəkətlilik və iqtisadi resurslara çıxış uğrunda mübarizə şiddətləndikcə uduzan oyunçulardan biri və ya bir neçəsi Mərkəzi Asiyadan Cənubi Qafqaza uzanan zolaqda digər orqanlarını mühafizə etməyə çalışacaq. 

Azərbaycanla Türkiyə isə rəqabətin arasında müdafiə qabiliyyətlərini yüksəldən addımları davam etdirəcəklər./oxu.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran ABŞ-ın təzyiqlərinə baxmayaraq, Suriyada hərbi mövcudluğunu saxlayır

    İran ABŞ-ın təzyiqlərinə baxmayaraq, Suriyada ...

    29-08-2018, 13:40

  • 
  • ABŞ Milli Kəşfiyyat Şurasından şok hesabat

    ABŞ Milli Kəşfiyyat Şurasından şok hesabat ...

    18-12-2012, 13:25

  • 
  • Tramp: "İran öz qüvvələrini Suriya və Yəməndən çıxarmağa başlayıb"

    Tramp: "İran öz qüvvələrini Suriya və ...

    13-06-2018, 15:15

  • 
  • RUSİYA VƏ İRAN SURİYADA YOLLARINI AYIRIR: Putin Bəşər Əsədi Səudiyyə Ərəbistanıyla münasibətlərə qurban verir - TƏHLİL

    RUSİYA VƏ İRAN SURİYADA YOLLARINI AYIRIR: Putin ...

    27-11-2017, 22:17

  • 
  • BƏŞƏR ƏSƏD AMERİKANI İFŞA ETDİ - “Suriyada yüzlərlə yox, minlərlə hərbçisi var”

    BƏŞƏR ƏSƏD AMERİKANI İFŞA ETDİ - “Suriyada ...

    16-12-2019, 13:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (272)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu