Gundemxeber.az » Dünya » Danimarka sakinlərinin yarıdan çoxu Quranın yandırılmasının əleyhinədir
Danimarka sakinlərinin yarıdan bir qədər çoxu – 51 faizi xarici səfirliklərin qarşısında Quran da daxil olmaqla müqəddəs mətnlərin yandırılmasının qadağan edilməsini dəstəkləyir.
Bu barədə Danimarkada “Megafon” Araşdırmalar Mərkəzinin keçirdiyi son ictimai rəy sorğusunun nəticələrində qeyd olunub.
Rəyi soruşulanların 39 faizi isə belə bir məhdudiyyətin əleyhinə olduqlarını bildiriblər.
Qeyd edək ki, son dövrlərdə İsveç və Danimarkada Quranın nümayişkəranə yandırılması aksiyaları baş tutub. Hadisə ilə əlaqədar bir sıra müsəlman ölkələrində etiraz aksiyaları keçirilib. Danimarka hökuməti Quranın yandırılmasını qadağan etmək üçün hərəkətə keçib.
GUNDEMXEBER.AZ
8-04-2016, 00:47
14-05-2021, 14:49
4-12-2020, 20:41
31-07-2023, 14:28
5-02-2014, 10:58
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?