Danimarkanın ardınca İsveç hökuməti də söz və fikir azadlığı kimi fundamental prinsiplərini pozmadan “Quran”ın, həmçinin digər dini mətnlərin kütləvi şəkildə yandırılmasını qadağan etmək, yaxud məhdudlaşdırmaq barədə düşünür.
Gundemxeber.az xarici mediaya istinadla xəbır verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson sosial media hesabında bildirib.
O, danimarkalı həmkarı Mette Frederiksen ilə məsələni müzakirə etdiyini açıqlayıb.
“Biz də ölkəmizdə və dünyada isveçlilərin təhlükəsizliyini, həmçinin milli təhlükəsizliyi gücləndirmək üçün vəziyyəti hüquqi nöqteyi-nəzərdən təhlil etməyə başlamışıq”, - deyə Kristersson bəyan edib.
Qeyd edək ki, İsveç və Danimarkada “Quran”la bağlı son vaxtlar bir neçə ictimai aksiya müsəlman dindarlar arasında hiddət fırtınasına və bir sıra müsəlman ölkələrinin diplomatik demarşlara səbəb olub.
Bundan əvvəl Danimarkanın “Quran”ın yandırılmasını qadağan edə biləcəyi barədə xəbər vermişdik.
Sorğu
Yeni dizaynımız necədir?