Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə gölündə boğulub.
Avqustun 13-də axşam saatlarında Göyçə gölünün ikinci ictimai çimərliyində növbətçi xilasedicilər sahildən 25 metr aralıda çimərkən gözdən itən vətəndaşı görüblər.
Xilasedicilər kişini təxminən 1,5 m dərinlikdən çıxara biliblər və onu qayıqla sahilə gətiriblər. Ancaq təcili yardım işçiləri onun artıq öldüyünü təsdiqləyiblər.
Sonradan ölən şəxsin Ukraynanın Ermənistandakı səfirinin müşaviri olduğu müəyyən edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?