Gundemxeber.az » Dünya » Nigerin devrilmiş prezidentinin məhkəməsi olacaq
Nigerin devrilmiş prezidenti Məhəmməd Bazum vətənə xəyanət ittihamı ilə hakim qarşısına çıxarılacaq.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə xəbəri üsyançıların Vətənin Müdafiəsi üzrə Milli Şurasının nümayəndəsi polkovnik Amadu Abdramane yayıb.
Nigerdə hakimiyyəti ələ keçirənlər dövlətə xəyanətdə və dövlətin təhlükəsizliyinə xələl gətirməkdə ittiham olunan devrilmiş prezidentin məhkəməsi üçün materiallar toplayıblar.
ABŞ xuntaya Bazumun taleyinə görə məsuliyyət daşıması ilə bağlı xəbərdarlıq edib.
Xatırladaq ki, Məhəmməd Bazum iyulun 26-da Prezident Qvardiyası tərəfindən saxlanılıb.
Gundemxeber.az
2-09-2020, 13:42
19-08-2019, 16:50
24-04-2019, 12:31
27-07-2023, 12:55
8-08-2023, 12:54
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?