ABŞ taxıl müqaviləsinə xitam verildikdən sonra Ukrayna taxılının alternativ ixrac marşrutları yaratmaq üçün Türkiyə, Ukrayna və digər Şərqi Avropa ölkələri ilə danışıqlar aparır.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, müəlliflər yazıb ki, Vaşinqtonun dəstəklədiyi plan Ukraynanın oktyabr ayına qədər Dunay boyunca ayda 4 milyon ton taxıl ixrac etmək imkanıdır.
Materialda qeyd olunub ki, taxılın əhəmiyyətli hissəsi Dunay çayı boyunca, eləcə də Qara dəniz vasitəsilə Rumıniyanın yaxınlıqdakı limanlarına göndəriləcək. Bundan sonra o, başqa istiqamətlərə göndəriləcək. Nəşrin məlumatına görə, bu marşrut daha yavaş və bahalıdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?