Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Vahit Kirişçi taxıl dəhlizi ilə 633 gəmi ilə 16,9 milyon ton kənd təsərrüfatı məhsulunun daşındığını xatırladıb.
Gundemxeber.az bildirir ki, “Taxıl müqaviləsi” başlayandan bəri Ukrayna limanlarından dəniz humanitar dəhlizi ilə demək olar ki, 17 milyon ton kənd təsərrüfatı məhsulları ixrac edilib. Türkiyənin Kənd Təsərrüfatı Naziri Vahit Kırışçı bazar ertəsi günü bildirib ki, ümumi qidanın yalnız 5,4%-i ona ciddi ehtiyacı olan yoxsul ölkələrə çatdırılıb.
"Yanvarın 8-nə taxıl dəhlizi ilə 633 gəmi ilə 16,9 milyon ton kənd təsərrüfatı məhsulları, o cümlədən taxıl ixrac edilib. Bu həcmin yalnız 5,4 faizi ehtiyacı olan yoxsul ölkələrə çatdırılıb", - nazir bildirib.
Ukraynadan ərzaq ixracına dair müqavilələr 22 iyul 2022-ci ildə İstanbulda 120 gün müddətinə bağlanıb. Müqavilələrdən biri ilkin olaraq noyabrın 19-dək qüvvədə olub və Kiyevin nəzarətində olan Odessa, Çornomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyirdi. Noyabrın 17-də müqavilələrin müddəti daha 120 gün uzadılıb. Rusiya Xarici İşlər Nazirliyi izah edib ki, sövdələşmədə iştirak edən tərəflərin (Rusiya, Ukrayna, Türkiyə, BMT) etirazı olmadığı üçün sövdələşmə avtomatik olaraq uzadılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?