Gundemxeber.az » Dünya » Ronaldinyoya Braziliyanı tərk etmək qadağan olunub
2005-ci ildə “Qızıl top” mükafatının sahibi olmuş Ronaldinyo dələduzluq işi ilə bağlı məhkəmə iclaslarına gəlmədiyi üçün Braziliyanı tərk etmək qadağası ilə üzləşib.
Mənbənin məlumatına görə, Ronaldinyo kriptovalyutalarla fırıldaqçılıqda və maliyyə piramidasının təşkilində ittiham olunur. Futbolçu parlament komissiyası qarşısında ifadə verməli idi, lakin o, iki dəfə görüşə gəlməyib.
Sabiq futbolçu Braziliyaya uçuşunun pis hava şəraiti səbəbindən ləğv edildiyi üçün ifadə verməyə gəlmədiyini deyib. Bildirilir ki, pasportun müsadirə edilməsi barədə qərarı icra edən federal polis əməkdaşları Ronaldinyonu evdə tapmayıblar, indi o, sənədi özü təhvil verməlidir.
Gundemxeber.az
1-07-2015, 19:17
16-09-2014, 11:12
8-07-2014, 17:42
24-05-2018, 23:09
13-05-2016, 10:42
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?