GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Xankəndidə çalxalanma və böyük qaçış siqnalı – Moskva da qərarsız qalıb

Xankəndidə çalxalanma və böyük qaçış siqnalı – Moskva da qərarsız qalıb

Tarix: 29-08-2023, 23:39 Bölmə :Dünya Baxış: 347

Xankəndidə çalxalanma və böyük qaçış siqnalı

Qarabağdakı qondarma rejimin daxilində gərginlik yaşanmaqdadır. Vəziyyət kritikləşdikcə, separatçılar bir-birilərni didməyə başlayıblar. Avqustun 28-i gecə saatlarında xuntanın “rəhbəri” Araik Arutunyanın oturduğu “hökumət binası” atəşə tutulub. Hücum edənlər Arutunyanın addımlarından narazı olduqlarını bildiriblər.

Dünən axşam saatlarında sakinlər Xankəndinin mərkəzinə toplaşıblar. Həm Azərbaycana etiraz ediblər, həm də qondarma rejimin “rəhbərliyini” tənqid atəşinə tutublar.

Əhalinin kortəbii mitinq iştirakçıları "rəhbərlik"dən onları qarşıda nə gözlədiyi barədə açıqlama tələb ediblər. Sonda etirazçıların qarşısına çıxan Arutunyan yaranmış vəziyyətlə bağlı deyib ki, təkləniblər: “Biz təkik. Bizim nə dostumuz var, nə də dəstəyimiz. Biz bütün məsələləri birlikdə həll edəcəyik".

Çörək çatışmazlığı probleminə toxunan terrorçubaşı bunun yaxın vaxtlarda öz həllini tapacağını söyləyib: "O ki qaldı bəzi şəxslərin Laçın dəhlizinin açılması və çıxışı ilə bağlı tələblərə, ictimaiyyətin geniş müraciəti olarsa, istəyənlərə dəhliz açılacaq".

Bu arada, Azərbaycan bu gün Qarabağdakı ermənilərə Qızıl Aypara Cəmiyyətinin vasitəçiliyi ilə humanitar yardım göndərib. Ağdam-Xankəndi yolu ilə ilkin mərhələ üçün 40 ton un erməni sakinlərə yollanıb.

“Bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”, - deyə açıqlamasında Cəmiyyətin rəhbəri Novruz Aslanov bildirib.

Baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Xankəndidəki hadisələrin bu məcraya gələcəyi əvvəlcədən proqnozlaşdırılırdı və gözlənilən idi:

- Rusiyadan Qarabağa göndərilən erməni oliqarx Ruben Vardanyan son günlər açıqlamalar verdi, Arutunyanı hədəfə aldı. Vardanyan açıq şəkildə Arutunyanı təhdid etməkdən çəkinmədi. Digər separatçı ünsürlər də Arutunyana qarşı çıxışlara başladılar. Qarabağda vəziyyət ağırlaşdıqca, separatçılar arasında ixtilaflar da dərinləşəcək. Qondarma rejimin “parlamentinə” hücum, xuntanın “hökumət binasına” silahlı basqın dərinləşən ixtilafların nəticəsidir. Mümkündür ki, Arutunyana qarşı qiyam qalxsın, daxillərində atışmalar baş versin. Silahlı qarşıdurmanın hər an başlayacağı mümkündür. Hesab edirəm ki, Azərbaycan baş verənlərə müşahidəçi kimi qalmamalıdır. Separatçılar arasında silahlı qarşıdurma olsa da, bu, Azərbaycan ərazisində baş verir və verəcək.

Hesab edirəm ki, separatçılar arasındakı qarşıdurma daha da dərinləşəcək. Nə qədər ki, ərazilərimiz işğal altında idi, separatçılar arasında da fikir bötüvlüyü var idi. Elə ki, məğlubiyyətlə üzləşdilər, Laçında Azərbaycan sərhəd-keçid məntəqəsini qurdu, separatçılar bir-birini günahlandırmağa başladılar. Son hadisələr rejim daxilində silahlı çevrilişə gətirib çıxara bilər. Buna Azərbaycan hər an müdaxilə etmək hüququna malikdir. Biz onlara görüş təklif etdik, reinteqrasiya məsələlərini müzakirə etmək şansı tanıdıq. Hər dəfə imtina etdilər. Hələ də müqavimət göstərməyə çalışırlar.

- Görüş demişkən, separatçılar görüş, dialoq üçün Rusiyaya müraciət ediblər. Onlar Qarabağda sülhməramlıların iştirakı ilə Azərbaycan rəsmiləri ilə görüşmək istədiklərini bəyan ediblər. Sizcə, Azərbaycan bunu qəbul edəcəkmi, görüş baş tutacaqmı?

- Hesab edirəm ki, sonda Azərbaycanın təkliflərini qəbul edəcəklər. Azərbaycan dialoq üçün Bakıda görüş təklif etdi, amma onlar imtina etdilər. Daha sonra Yevlax variantı təklif edildi, bundan da imtina etdilər. Hətta Bərdədə görüş təklifi də gündəmə gəldi, amma buna da “yox” dedilər. Lakin öz aralarında müzakirə edirlər, nə edəcəklərini müəyyənləşdirməyə çalışırlar. Onlar rusların vasitəçiliyi ilə danışıqların baş tutmasında maraqlıdırlar ki, bu, Azərbaycanın marağında deyil. Azərbaycan Qarabağın erməni sakinləri ilə dialoq aparırsa, reinteqrasiya məsələsini həll edirsə, burada xarici qüvvənin vasitəçiliyinə nə ehtiyac var?! Qarabağ Azərbaycanın ərazisidir, orada yaşayan əhalinin reinteqrasiyası da Azərbaycanın daxili məsələsidir. Bunu beynəlmiləlləşdirmək, vasitəçi ilə müzakirə etmək nəyə lazımdır?!

Azərbaycan mövqeyini ortaya qoyub, fikrini də çatdırıb. Hesab edirəm ki, sonda Bakının şərtlərini qəbul etmək məcburiyyətində qaldıqlarını anlayacaqlar. İndi ümid edirlər ki, hansısa “sehirli çubuq” Azərbaycana təzyiq edəcək, Azərbaycan geri çəkiləcək və Laçın yolunu açacaq. Amma bunun olmayacağını da anlayırlar. Bir aydır ki, yüklərin Laçın yolundan gətirilməsinə icazə vermir, Ağdam-Xankəndi yolunu təklif edir. Bakının mövqeyi qətidir və o yüklər sərhəddə bir ay yox, bir il də qalsa, Azərbaycan geri addım atmayacaq. Ermənilərin bu məsələdəki arzuları gerçəkləşməyəcək.

Yeganə alternativləri Azərbaycanla təmasa keçməkdir. Amma Azərbaycan bəyan edib ki, Arutunyan kimi cinayətkarlarla heç bir təmasa keçməyəcəyik. Vardanyan isə Qarabağa yad ünsürdür. Hansısa icma nümayəndələrini Bakıya, Yevlaxa, yaxud Bərdəyə göndərsələr, bəli, dialoq baş tuta bilər.

- Görüş olsa, Azərbaycanın şərtlərini tam qəbul edəcəklərmi?

- Əlbəttə ki, tam qəbul edəcəkləri inandırıcı deyil. Birincisi, icma nümayəndələri göndərsələr belə, aydındır ki, o nümayəndələr qondarma rejimin təlimatına uyğun davranacaqlar. Yenə də öz ağılları ilə müəyyən şərtlər irəli sürəcəklər və s. Bununla da danışıqlar uğurlu olmayacaq. Bütün hallarda isə iki seçimləri var: ya bizim şərtləri qəbul edəcəklər və məsələlər tədricən həll olunmağa başlayacaq, ya da Qarabağı tərk etmələrinin sürəti artacaq. Başqa yolları, variantları yoxdur.

- Məlumdur ki, Arutunyan da, Vardanyan da Moskvadan idarə olunan şəxslərdir. O zaman bu ünsürlər arasındakı qarşıdurmanın səbəbi nədir?

- Görünən odur ki, Rusiya bunları şahmat fiqurları kimi oynadır. Lazım olanda Arutunyanı qabağa verir, lazım olanda Vardanyanı. Lazım olanda da bunları bir-biri ilə qarşı-qarşıya gətirir. Qarabağda Rusiyanın təlimatı ilə davranan başqa separatçı ünsürlər var ki, onlardan da istifadə edir. Ümumiyyətlə, Qarabağdakı separatçıların demək olar ki, əksəriyyəti Moskvaya bağlıdır. Məncə, Rusiya qərar verə bilmir ki, separatçıların lideri olaraq kimi müəyyənləşdirsin, qondarma qurumu kimin vasitəsi ilə ayaqda saxlasın. Amma bu, mümkün deyil, çünki Azərbaycan buna imkan vermir, verməyəcək. Necə ki, Vaqif Xaçaturyan adlı canini yaxalayıb Bakıya gətirdik, eləcə də digər cinayətkarlar cəzalarını alacaqlar.

- Başqa bir məsələ dünən gecə saatlarında Xankəndidə keçirilən mitinqdə Arutunyanın çıxışıdır. Quldurbaşı elan etdi ki, bazar günü “istefası” ilə bağlı qərar verəcək. Eyni zamanda, əvvəllər “mübarizədən” danışan Arutunyan dəstəklərinin olmadığını bildirdi. Ümumiyyətlə, Arutunyanın taleyi necə olacaq?

- Dediyim kimi, separatçılar anlayırlar ki, vəziyyət kritikdir, Azərbaycan geri çəkilməyəcək. Çıxış yolu axtarırlar, amma rejimi saxlaya bilməyəcəklərini də dərk etməkdədirlər. Məlumdur ki, Arutunyan İkinci Qarabağ müharibəsinə qədər işğal altındakı bölgəni Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə istədiyi kimi idarə edirdi. Müharibədən sonra aradan çıxmağa çalışdı. Amma buna Moskvadan icazə verilmədi. O indi də “istefa” vermək istəyir, amma görünür ki, Moskvadan hələ razılıq almayıb. Razılıq alan kimi Rusiya hərbi kontingentinə aid helikopterlərin biri ilə bölgədən qaçmağa çalışacaq.

Arutunyan anlayır ki, “vəzifəsinin” icrasına davam edərsə, bu, separatçıların və bölgənin erməni sakinlərinin durumunu daha da ağırlaşdıracaq. Gedişat Qarabağdakı ermənilərin sosial problemlərini dərinləşdirəcək. Qazları, elektrikləri, internetləri kəsiləcək. Çünki bunların hamısı işğal dönəmində qanunsuz çəkilib. Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olmayana qədər işğal dövründəki rahat həyatlarına qayıda bilməyəcəklər. Arutunyanın Xankəndidəki toplantıda “Laçın dəhlizinin açılması və çıxışı ilə bağlı tələblərə, ictimaiyyətin geniş müraciəti olarsa, istəyənlərə dəhliz açılacaq" deməsi də Qarabağın erməni sakinlərinə əslində bir mesajdır. Arutunyan demək istəyir ki, artıq məsələ bitib, kim istəyir getsin.

- Günün maraqlı prosesindən biri də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağdakı ermənilərə humanitar yardım aparmasıdır. Məlumdur ki, Cəmiyyət ilkin olaraq 40 ton unu Ağdam yoluna aparıb. Sizcə, bu, necə bir qərardır və Azərbaycanın bu xoşməramlı addımını separatçılar necə qarşılayacaqlar?

- Bu, düzgün addımdır və dəstəklənməlidir. Hətta, deyərdim ki, bir qədər də gecikmiş addımdır. “Humanitar şou” başlamamış Azərbaycan bu addımı atsa, daha səmərəli olardı. Amma gecə də olsa, belə bir addımın atılması təqdirəlayiqdir.
Erməni separatçıları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardımının qəbuluna əngəl yaratsa, “Azərbaycan bizi mühasirədə saxlayır”, “Bakı Qarabağ ermənilərinin sosial problemlərini dərinləşdirir”, “acından ölürük” kimi bəhanələri qalmayacaq. Sadəcə bu prosesdə əsas iş diplomatiyamızın üzərinə düşəcək. Diplomatiyamız beynəlxalq aləmi inandırmalıdır ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin sosial problemlərini həll etməyə çalışır, məsələlərin həllinə imkan vermək istəməyən separatçılardır. Bu təbliğatı genişləndirə bilsək, BMT və digər təşkilatlarda “Laçın yolunu açın” kimi çağırışların effekti qalmayacaq. Bununla məsələni yenidən BMT Təhlükəsizlik Şurasının iclasına çıxarmaq istəyən Fransa da oyundankənar vəziyyətə düşəcək.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, Mnatsakanyan işdən çıxarıldı

    Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, ...

    13-12-2018, 11:30

  • 
  • Araik Arutunyan barəsində cinayət işi açılıb

    Araik Arutunyan barəsində cinayət işi açılıb ...

    5-10-2020, 15:30

  • 
  • “Arayik Arutunyan Xankəndinin icra başçısıdır və Prezident onu vəzifəsindən azad edəcək” - deputatdan İLGİNC AÇIQLAMALAR

    “Arayik Arutunyan Xankəndinin icra başçısıdır və ...

    18-11-2020, 12:40

  • 
  • Rus sülhməramlılar separatçıların istəyini rədd etdi - Ermənistan KİV

    Rus sülhməramlılar separatçıların istəyini rədd ...

    13-12-2022, 15:50

  • 
  • Qondarma rejimin keçmiş rəhbərləri Qukasyan və Saakyan həyacanlı xəbəri çatdırmaq üçün Yerevana qaçdı

    Qondarma rejimin keçmiş rəhbərləri Qukasyan və ...

    20-10-2020, 15:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu