Gundemxeber.az » Dünya » NATO baş katibi vəzifəsindən gedir: “Bu, son idi”
NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildən sonra səlahiyyət müddətinin uzadılmayacağını açıqlayıb.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, Stoltenberq bildirib ki, iyulda onun səlahiyyətləri sonuncu dəfə uzadılıb. Onun sözlərinə görə, 30 sentyabr 2023-cü ildə kreslosunu tərk etməli idi.
“Bəli, bu mənim səlahiyyətlərimin sonuncu uzadılmasıdır”, - deyə Stoltenberq qeyd edib.
Xatırladaq ki, NATO üzvü olan ölkələr Stoltenberqin Şimali Atlantika Alyansının rəhbəri kimi səlahiyyətlərini 2024-cü il oktyabrın 1-dək uzadıb. O, 2014-cü ildən bloka rəhbərlik edir və bu artıq dördüncü uzatmadır.
Daha əvvəl Yens Stoltenberq 2023-cü ilin sentyabrından sonra NATO-nun rəhbəri vəzifəsində çalışmaq niyyətində olmadığını bildirib. Lakin son bir il ərzində müttəfiqlər arasında fikir ayrılığı səbəbindən onun yerinə heç kimi tapmaq mümkün olmayıb.
Gundemxeber.az
28-06-2017, 16:21
3-04-2023, 16:13
19-11-2017, 17:43
8-07-2016, 23:31
2-12-2020, 10:54
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?