Gundemxeber.az » Dünya » Zaxarova Ermənistan parlamentinin sədrinin açıqlamalarını ədəbsizlik adlandırdı
“Bu ictimai ritorikadır, ədəbsizlik kimi bir şeydir və Ermənistanın siyasi xadimlərinə alnıaçıqlıq gətirmir”.
Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın bəyanatını şərh edərkən bildirib.
“Mənim Qarabağın Ermənistan tərəfindən Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı sözlərimi necəsə adlandırıb? Əgər onlar ekspert səviyyəsində, yaxşı siyasi səviyyədə danışmaq istəyirlərsə, bunun üçün hər cür imkan var: bizim İrəvanla dövlətdən tutmuş ictimaiyyətə qədər bütün sahələrdə mükəmməl ünsiyyət kanallarımız var. Amma yenə də, mənə elə gəlir ki... Başa düşürəm, orada hər kəsin öz rolu var - kim nə deməlidir və kim necə deməlidir. Ancaq yenə də əminəm ki, erməni cəmiyyətini təmsil edən insanların bu cür ifadələr işlətməsi heç də yaxşı görünmür. Biz isə son vaxtlar belə ifadələri çox görür və eşidirik”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, spiker Zaxarovanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlamalarını absurd adlandırıb. Simonyan, həmçinin bildirib ki, 10 noyabr 2020-ci il tarixli müqavilələrə əsasən, Laçın yolu Rusiya sülhməramlılarının yurisdiksiyasında olmalıdır.
Gundemxeber.az
24-12-2015, 18:01
16-12-2020, 19:31
7-07-2016, 19:38
23-10-2013, 11:10
10-11-2018, 14:15
Sorğu
Yeni dizaynımız necədir?