GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Yevgeni Fyodorov: “Bundan sonra Ermənistan ərazisi mübahisəli ərazi kimi adlandırılacaq” - Rusiyadan RƏY

Yevgeni Fyodorov: “Bundan sonra Ermənistan ərazisi mübahisəli ərazi kimi adlandırılacaq” - Rusiyadan RƏY

Tarix: 8-09-2023, 23:36 Bölmə :Dünya Baxış: 193

Son günlər Cənubi Qafqazda sakitliyin pozulmasına yol açan Ermənistana qarşı sentyabrın 7-də Rusiya tərəfindən yenidən bəyanatlar səslənib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov son bir neçə gündə artıq ikinci dəfə qeyd edib ki, Ermənistan və ABŞ-nin birgə təlimləri regionda vəziyyətin sabitləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə vermir. Söhbət sentyabrın 11-20-də Ermənistanda keçiriləcək “Eagle Partner-2023” Ermənistan-ABŞ birgə təlimlərindən gedir.

Bundan başqa, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsini geri çağırıb, İrəvana NATO-ya üzv olmaq təklif olunur. Nə baş verir? Bu, İrəvanın Moskvanı “qısqandırmaq” oyunudur, yoxsa Ermənistanın real olaraq Qərbə yönlənməsidir? Oxu.Az-ın bu barədə sualını cavablandıran Rusiya Federasiyası Dövlət Dumasının deputatı Yevgeni Fyodorov qeyd edib ki, Nikol Paşinyan qanundankənar, faktiki olaraq çevrilişin köməyilə hakimiyyətə gəldiyi zaman bütün ekspertlər bunun Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) layihəsi olduğunu demişdilər.

- Təbii ki, amerikalılar bu yolla Ermənistanı KTMT və Avrasiya İqtisadi Birliyindən (AİB) kənarlaşdırırlar. Bu, sırf anti-Rusiya olayıdır, Ermənistan Qərbə lazım deyil. Rusiya və yaxud istəsəniz, belə deyək, SSRİ üzərində yekun qələbə zəruridir, bu, xalqların rəqabətidir. ABŞ-nin davranışı tamamilə təbiidir. Eynən bu şəkildə yüz illər əvvəl İngiltərə davranırdı.

Və biz deyirik ki, bu problemi tarixən, beynəlxalq hüquq normalarına uyğun formada həll etmək lazımdır. Çətinliklər (Ermənistanla bağlı - red.) artacaq. 1975-ci il Helsinki Aktından, Yalta və Potsdam konfranslarının nəticələrindən yola çıxmaq lazımdır. Ermənistan separatçı və qeyri-qanuni şəkildə Sovet İttifaqından ayrıldı. SSRİ-nin hüquqi varisi isə Rusiya Federasiyasıdır.

İlk ediləcək şey sualı hüquqi cəhətdən formalaşdırmaq, sonra isə Moskvada hüquq müstəvisində Ermənistanın SSRİ-dən ayrılmasını ləğv etməkdir. Bu qərar qəbul edildikdən sonra Ermənistan ərazisi beynəlxalq hüquq baxımından mübahisəli ərazi adlandırılacaq. Və sonra bu əraziyə nəzarət məsələsinin həlli ilə bağlı BMT-də və dünyada geosiyasi addım atmaq lazım gələcək.

Yəni Ermənistan BMT-nin tanımadığı Kosovo kimi bir şeyə çevriləcək. Kosovo qeyri-müəyyən, zərərə uğramış vəziyyətdədir, bu formalaşmanın beynəlxalq fəaliyyətlə məşğul olmaq, normal ticarət əlaqələri qurmaq və iqtisadiyyatını inkişaf etdirmək kimi imkanları yoxdur. Eyni hal Ermənistanla da təkrarlanacaq, üstəlik də beynəlxalq hüquq normalarına uyğun olaraq.

Və bundan sonra artıq hüquqi mövqedən çıxış etməklə Ermənistanla onun ərazi bütövlüyünün və müstəqilliyinin Rusiya tərəfindən hüquqi tanınması ilə bağlı danışıqlar aparmaq mümkün olacaq və yeri gəlmişkən, bu, Azərbaycanın maraqları nəzərə alınmaqla həyata keçiriləcək. Və bu danışıqlar zamanı Ermənistanın statusu dövlətlərarası müqavilə və SSRİ-nin 1409-cu qanununa uyğun olaraq müəyyən olunacaq ki, Ermənistan bu proseduru pozub (bu barədə keçən il danışmışdım).

Ermənistan beynəlxalq fəaliyyət və hərbi tikinti aparmaq hüququndan məhrum edilə bilər, lakin suverenlik və müstəqil iqtisadiyyata sahib ola bilər.

- Bu, çox güman ki, uzun prosedurdur. Rusiya hərbi bazası və Rusiya sərhədçilərinin yerləşdiyi Ermənistan Respublikası ərazisində erməni-amerikan birgə təlimləri isə artıq sentyabrın 11-dən başlayır. Axı amerikalılar getməyə də bilərlər...

- Bəli, bu, aydındır. Lakin qanunsuzluğun hökm sürdüyü vəziyyətin özü 30 ildir ki, davam edir. Bu təlimlərin ardınca digərləri də gələ bilər. Və siz düz qeyd etdiniz ki, amerikalılar qala da bilərlər. Yəni NATO və ABŞ-nin növbəti fəaliyyət mərhələləri başlayacaq ki, bu zaman da SSRİ və Rusiyanın imtina etdiyi bu ərazini nəzarətləri altına keçirəcəklər. Ona görə də qanuni yoldan başqa çarə yoxdur. Bu, cari, yaxud bir neçə günlük problem deyil və onun fundamental hüquqi yolla həll edilməsi lazımdır.

Yeri gəlmişkən, proses başlanan kimi Ermənistanda hərəkət vektoru dərhal dəyişəcək.

Nair Əliyev


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan KTMT-də yeni daimi nümayəndə təyin etdi - KİMİ?

    Ermənistan KTMT-də yeni daimi nümayəndə təyin ...

    22-11-2018, 14:43

  • 
  • Paşinyan Moskvaya “ikinci Xaçaturov” zərbəsi vurmağa hazırlaşır

    Paşinyan Moskvaya “ikinci Xaçaturov” zərbəsi ...

    4-09-2018, 13:19

  • 
  • Lavrovdan İrəvana sərt xəbərdarlıq - Münasibətlər korlana bilər

    Lavrovdan İrəvana sərt xəbərdarlıq - Münasibətlər ...

    12-06-2018, 18:10

  • 
  • Rus deputat əsl niyyəti açıqladı: “Keçmiş respublikaları ələ keçirək, “Böyük Rusiya”nı bərpa edək” - VİDEO

    Rus deputat əsl niyyəti açıqladı: “Keçmiş ...

    27-11-2015, 19:39

  • 
  • Paşinyan: Rusiya Qarabağda müharibəyə imkan verməyəcək

    Paşinyan: Rusiya Qarabağda müharibəyə imkan ...

    20-07-2018, 16:25


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu