“Ermənistanın sülh şansı əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsindədir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində bildirib.
“Ermənistanın sülh şansı Rusiyanın vasitəçiliyi ilə hazırlanan üç sənəddə öz əksini tapıb. Son illər Moskvanın və şəxsən Rusiya Prezidenti Vladimir Putinin səyləri nəticəsində o, nizamlanma kateqoriyasına keçib”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, hamı sənədi razılaşdırıb.
“2020-ci ildən bəri bu sənədlərin aktuallığını və onların tarixi rolu dəfələrlə qeyd edilib. Sadəcə olaraq, onları həyata keçirmək lazımdır”, - deyə Zaxarova əlavə edib.
Rusiya XİN sözçüsü Ermənistanda artan anti-Rusiya ritorikası ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, cəmi iki gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov vaxtaşırı Ermənistanda müxtəlif partiyalardan - istər hakimiyyətdə olan insanlardan, istərsə də siyasi elmlər dairələrini təmsil edən şəxslərdən eşidilən ritorikaya münasibət bildirib.
“Ritorika vəziyyəti həll etməyə kömək edən olmalıdır. Qızışdırmaq, alovlandırmaq, parçalamağa hamı öyrənib. Barışdırmağı, kömək etməyi, bərpa etməyi, birləşdirməyi isə hər kəs bacarmır. Bax, bunun üçün səy göstərməliyik”, - deyə Zaxarova sözlərini yekunlaşdırıb.
Sorğu
Yeni dizaynımız necədir?