Gundemxeber.az » Dünya » Hindistanın şimalında yağan yağışlar 28 nəfərin həyatına son qoyub
Hindistanın Uttar-Pradeş ştatında son üç gündə yağan güclü yağışlar nəticəsində azı 28 nəfər ölüb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, şənbə günündən etibarən ştatın bir sıra rayonlarında güclü yağışlar müşahidə olunur. Bəzi ərazilərə iki gün ərzində 100 mm-dən çox, Bəhrayç və Barabanki rayonlarına isə cəmi 24 saat ərzində 250 mm-dən çox yağış düşüb. Sentyabrın 14-15-də ştat üzrə güclü yağışın davam edəcəyi, sonra isə yalnız zəif yağış yağacağı gözlənilir.
Meteoroloqlar xəbərdarlıq ediblər ki, Benqal körfəzi üzərində aşağı təzyiq zonası formalaşır və buna görə də yaxın iki-üç gündə sahilyanı Odişa əyalətində leysan və tufan gözlənilir.
Gundemxeber.az
9-06-2018, 11:43
30-07-2013, 18:50
22-05-2017, 00:23
13-06-2017, 12:52
29-09-2016, 21:56
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?