Gundemxeber.az » Dünya » Tbilisidən ölkədə ABŞ hərbi bazasının yaradılması təklifilə bağlı AÇIQLAMA
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, Gürcüstanın Müdafiə Nazirliyi müxalif televiziya kanalının ABŞ-nin Tbilisiyə ölkədə Amerika hərbi bazasının yerləşdirilməsi ilə bağlı danışıqlara başlamağı təklif etməsi ilə bağlı yaydığı məlumatı təkzib edib.
“Bu məlumat siyasi qərəzli şəxs tərəfindən yayılır, daha sonra müəyyən media orqanları və siyasi fəaliyyətlə məşğul olan şəxslər tərəfindən dezinformasiya kampaniyası aparmaq üçün istifadə olunur”, - nazirliyin çərşənbə günü yaydığı bəyanatda deyilir.
Xatırladaq ki, bir gün əvvəl müxalif “Mtavari Arkhi” telekanalı xəbər vermişdi ki, Ukraynada müharibə başlamazdan bir neçə ay əvvəl Gürcüstanda səfərdə olan ABŞ-nin müdafiə naziri Lloyd Ostin hakim “Gürcü arzusu” partiyasına hərbçilərin yerləşdirilməsi ilə bağlı danışıqlar aparmağı təklif edib. Telekanalın məlumatına görə, Ostin Gürcüstan hakimiyyəti tərəfindən rədd cavabı alıb, lakin bu fakt gizlədilib.
Qeyd edək ki, artıq Gürcüstandakı ABŞ səfirliyi də məsələ ilə bağlı yayılan məlumatları təkzib edib.
Gundemxeber.az
2-04-2021, 14:43
5-11-2014, 17:07
7-03-2023, 14:34
13-02-2017, 00:40
4-02-2016, 22:15
Sorğu
Yeni dizaynımız necədir?