Gundemxeber.az » Dünya » Bayraktar Türkiyədə ilk atom elektrik stansiyasının fəaliyyətə başlayacağı vaxtı açıqladı
Türkiyə “Akkuyu” Atom Elektrik Stansiyasının 2024-cü ildə istifadəyə verməyə hazırlaşır.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, bu açıqlama ilə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar çıxış edib.
“Bizim 2035-ci ilə qədər 60 giqavat bərpa olunan enerjimiz var. Son 12-15 il ərzində Günəş və külək enerjisindən 22 min meqavat enerji əldə etmişik. 12 ildən sonra biz gələcək ehtiyaclar üçün bu gücü üç dəfə artırmalıyıq”, - deyə Alparslan Bayraktar vurğulayıb.
Qeyd edək ki, Rusiya və Türkiyə hökumətləri arasında Türkiyə Respublikasındakı Akkuyu ərazisində atom elektrik stansiyasının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında saziş 2010-cu il mayın 12-də imzalanıb. İstifadəyə verildikdən sonra AES-in ildə təxminən 35 milyard kilovat/saata yaxın elektrik enerjisi istehsal edəcəyi planlaşdırılır. “Akkuyu” AES Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcək. Atom elektrik stansiyasının istifadə müddəti daha 20 il uzadılmaq imkanı ilə 60 ildir.
GUNDEMXEBER.AZ
12-08-2013, 10:14
4-04-2018, 11:44
28-04-2016, 21:57
20-10-2015, 16:39
24-02-2023, 23:03
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?