Gundemxeber.az » Dünya » Balaşixada doqquzmərtəbəli binanın təkrar çökməsi nəticəsində iki xilasedici ölüb.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, Balaşixada doqquzmərtəbəli binanın tavanının yenidən uçması nəticəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin iki xilasedicisi həlak olub, daha dörd nəfər yaralanıb, çərşənbə günü nazirliyin mətbuat xidməti aydınlıq gətirib.
“Uçqun yenidən baş verən zaman ümumilikdə 6 nəfər (xilasedicilər - İ.F.) dağıntılar altında qalıb: 4 nəfər həkimlərə təhvil verilib, 2 nəfər ölüb”, - məlumatda deyilir.
Çərşənbə günü səhər Balaşixanın Oktyabrskaya küçəsində qazla işləyən doqquzmərtəbəli binada qaz-hava qarışığı partlayıb. Bir neçə mərtəbə uçub, ən azı 10 mənzilə ziyan dəyib. Evin damı yenidən uçarkən bir neçə xilasedici dağıntılar altında qalıb.
Son məlumatlara görə, hadisə nəticəsində evin 3 sakini, tavanların yenidən uçması nəticəsində daha iki xilasedici həlak olub.
GUNDEMXEBER.AZ
7-02-2019, 11:19
12-12-2016, 20:44
1-04-2016, 01:26
25-06-2021, 23:23
25-06-2021, 23:21
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?