Demokrat konqresmen Adam Şiff utanmadan bəyan edir ki, amerikalılar üçün həssas olan məsələlərə - evsizlərə və narkomaniyaya yardıma dair proqramlara dəstək verir. Lakin o, bu istiqamətdə ayrılmış maliyyə vəsaitləri ilə bağlı natamam və yanlış məlumatlar verib.
Gundemxeber.az xəbər verir ki, bu barədə “Politico” da dərc olunan məqalədə deyilir.
Bildirilib ki, məsələyə daha yaxından nəzər saldıqda məlum olur ki, A.Şiff karyerasının əvvəllərində onun siyasi kampaniyalarının əsas sponsorları daxil olmaqla, korporativ benefisiarlara böyük məbləğdə maliyyə vəsaitləri göndərib.
Məqalədə qeyd olunub ki, o, evsizlərə və narkomaniyaya yardıma dair proqramlarla yanaşı, həm də kommersiya məqsədli şirkətlərə milyonlarla dollar məbləğində pul köçürüb: “Eyni zamanda, o, Nümayəndələr Palatasına seçki kampaniyaları üçün bu korporasiyaların rəhbərlərindən və onlarla əlaqələri olan şəxslərdən on minlərlə dollar vəsait toplayıb”.
A.Şiff müdafiə sahəsində ixtisaslaşmış “Smiths Detection” və “Phasebridge Inc.” daxil olmaqla, müxtəlif şirkətlərə milyonlarla dollar dəyərində maliyyə vəsaiti köçürüb.
Müəllifin sözlərinə görə, A.Şiff özünü Donald Trampa qarşı mübarizə aparan, demokratiya uğrunda “döyüşən” siyasətçi kimi göstərsə də, uzun illə ərzində Vaşinqtonun iki partiyalı səssiz, pərdəarxası kompromis ənənəsinə sadiq qalıb.
Sorğu
Yeni dizaynımız necədir?