Gundemxeber.az » Dünya » Nigerdə hücum nəticəsində 29 əsgər həlak olub
Nigerdəki hücumda ən azı 29 əsgər həlak olub.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla məlumat veir ki, hücumun cihadçılar tərəfindən həyata keçirildiyi güman edilir.
Hücum Nigerdə iyulun sonunda başlayan böhrandan bəri ən böyük hücum olub.
Qeyd edək ki, iyulun 26-da Niger Prezident Qvardiyasının bir qrup əsgəri qiyam qaldıraraq prezident Məhəmməd Bazumun istefaya göndərildiyini elan edib. Ölkəni idarə etmək üçün qvardiya komandiri Əbdürrəhman Çianinin başçılığı ilə Vətənin Qurtuluşu Milli Şurası yaradıldı. Çevriliş təşkilatçılarının qərarlarından biri də cihadçılara qarşı mübarizə çərçivəsində Fransa qoşunlarının yerləşdirilməsi və ölkədə mövcud olan hərbi qulluqçuların statusu ilə bağlı Fransa ilə hərbi müqavilələrin denonsasiyası olub. Sentyabrın əvvəlində Fransa cihadçılara qarşı mübarizədə istifadə edilən hərbi təyyarələrin bir hissəsini Nigerdən çıxarmaq niyyətində olduğunu açıqlayıb.
GUNDEMXEBER.AZ
9-09-2013, 11:20
28-12-2015, 13:49
4-09-2015, 16:54
27-03-2017, 00:48
12-08-2017, 16:52
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?