Gundemxeber.az » Dünya » Türkiyə kəşfiyyatı PKK/YPG-nin Suriyadakı sursat anbarlarına və hücum bölmələrinə zərbələr endirdi
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı - MİT) Suriyada keçirdiyi əməliyyat zamanı PKK/YPG-yə aid silah və sursat anbarları, hücum və təxribat bölmələrinin olduğu binalara zərbələr endirib.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, PKK/YPG-nin Daxili İşlər Nazirliyinə hücumunun bu ölkədə planlaşdırıldığı və bu əməliyyatda iştirak edən terrorçuların Suriyadan Türkiyəyə gətirildiyi məlum olduqdan sonra terror təşkilatının Suriyadakı obyektlərinə və idarə heyətinə qarşı MİT tərəfindən əməliyyat həyata keçirilib.
Bölgədə aparılan kəşfiyyat araşdırmaları nəticəsində terror təşkilatına aid silah və sursat anbarları, hücum və təxribat bölmələrinin olduğu binalar PUA-lar vasitəsilə vurulub. Əməliyyat zamanı bir çox hədəf məhv edilib.
Eyni zamanda Türkiyə Milli Müdafiə Nazirliyi öz sosial media hesabında Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-yə məxsus hədəflərin vurulduğu görüntüləri paylaşıb.
“Suriyanın şimalındakı Tel Rıfat, Cizirə və Derik bölgələrində PKK/YPG terrorçularının hədəfləri qəhrəman pilotlarımız tərəfindən belə məhv edildi”, - deyə paylaşımda qeyd edilib.
Görüntülərdə PKK/YPG-yə məxsus neft quyuları, sığınacaq və sursat anbarları kimi hədəflərin vurulduğu anlar yer alıb.
GUNDEMXEBER.AZ
9-02-2018, 21:56
15-10-2019, 11:06
7-02-2018, 13:50
29-01-2018, 14:27
6-10-2020, 20:48
Sorğu
Yeni dizaynımız necədir?