Fransa Daxili İşlər Nazirliyinin S siyahısında 60-a yaxın rusiyalı var. Siyahıya ölkənin təhlükəsizliyinə təhdid yaradan şəxslər daxildir.
Bu barədə məlumat verən daxili işlər naziri Gerald Darmaninin sözlərinə görə, prezident Emmanuel Makron ona insanların siyahıdan çıxarılması ilə bağlı Rusiya Federasiyası ilə danışıqları bərpa etməyi tapşırıb.
"S siyahısında 60-a yaxın Rusiya vətəndaşı var. Onların arasında Çeçenistandan olanlar da yer alır", deyə Darmanen mətbuat konfransında bildirib
Siyahıdakı 40-a yaxın rusiyalı ya həbsdədir, ya da azadlıqları məhkəmə yolu ilə məhdudlaşdırılıb. Rusiya hakimiyyətinin razılığı alınarsa, təxminən 20 rusiyalı deportasiya oluna bilər.
"Fransa Prezidenti mənə Rusiya vətəndaşlarının S siyahısından çıxarılmasını həyata keçirmək üçün Rusiya hakimiyyət orqanları ilə müvafiq danışıqları bərpa etməyi tapşırıb”, deyə Darmanin əlavə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?