Gundemxeber.az » Dünya » Qəzza Səhiyyə Nazirliyi 18 tibb mərkəzinin bağlandığını açıqladı
Qəzza zolağında İsrailin zərbələri və yanacaq qıtlığı nəticəsində 18 tibb mərkəzi fəaliyyətini dayandırıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, elektrik kəsilməsi və yanacaq çatışmazlığı səbəbindən daha 14 ilkin səhiyyə xidməti mərkəzi də bağlanıb.
Xatırladaq ki, oktyabrın 17-də Qəzza zolağında “Əl-Əhli Əl-Maadani” xəstəxanasına hücum edilib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 471 nəfər həlak olub, daha 314 nəfər yaralanıb. HƏMAS hərəkatı faciədə İsraili ittiham etsə də, Təl-Əviv Qəzza zolağında xəstəxanaya hücumda iştirak etmədiyini təsdiqləyən audio və video yayımladı.
Gundemxeber.az
30-03-2018, 21:07
27-06-2017, 17:45
6-05-2016, 02:25
15-05-2021, 14:16
27-05-2015, 18:16
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?