Xəbər verdiyimiz kimi, bu gün “3+3” formatında Tehranda Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək. Region üçün həyati əhəmiyyət kəsb edən bu layihəyə Gürcüstan nədənsə o qədər də maraq göstərmir. Rəsmi Tiflis daha çox Azərbaycan-Gürcüstan-Türkiyə formatına üstünlük verir.
GUNDEMXEBER.AZ bildirir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan gürcü politoloq Gia Xuxaşvili deyib ki, bu məsələdə Gürcüstan üçün başlıca problem Rusiyadır: “Gürcüstan ərazisini işğal etmiş ölkə ilə hansısa regional inteqrasiya formatında iştirak etmək, ən azı, ölkənin bütövlüyü problemi həll olunmayana qədər qəbuledilməzdir. Digər tərəfdən, Rusiyanın maraqlarını bu layihədə izah etmək mümkün olsa da, İranın layihədə hansı məqsədlər güdə biləcəyi bizə bəlli deyil. Ona görə də bizim üçün ən optimal variant Azərbaycan və Türkiyəyə ilə əməkdaşlıqdır. Çünki biz vahid, bölünməz geosiyasi zəncir təşkil edirik və əməkdaşlığımız qarşılıqlı faydalı və perspektivlidir”
Sorğu
Yeni dizaynımız necədir?