Mahaçqala hava limanında iğtişaşların səbəblərindən biri də kənar müdaxilə olub.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsi izah edib ki, Dağıstandakı hadisələr əsasən kənar müdaxilələrin, o cümlədən informasiya müdaxiləsinin nəticəsidir.
O əlavə edib ki, Qəzzadan gələn hərbi əməliyyatların nəticələrini əks etdirən görüntülərlə pis niyyətlilərin insanları təxribata çəkməsi asandır.
Oktyabrın 29-da yüzlərlə Dağıstan sakini Tel-Əvivdən təyyarənin gəlməsi xəbərindən sonra Mahaçqala hava limanının ərazisinə soxulub. Respublika Səhiyyə Nazirliyindən verilən məlumata görə, 18 zərərçəkənə həkimlər tərəfindən ambulator yardım göstərilib, daha 4 rayon sakini xəstəxanaya yerləşdirilib.
Sorğu
Yeni dizaynımız necədir?