Gundemxeber.az » Dünya » ABŞ Müsəlman Şurası Baydenə ultimatum verdi
ABŞ Milli Müsəlman Demokratik Şurası (NMDC) və ABŞ Demokratik Partiyasının fəalları ölkə prezidenti Co Baydenə ultimatum verərək ondan İsrail üzərindəki nüfuzundan istifadə etməyi və noyabrın 1-dək Qəzza zolağında atəşkəsə nail olmağı tələb ediblər. Əks halda, Bayden 2024-cü il seçkilərində çoxlu sayda müsəlman seçicinin dəstəyini itirəcək.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, açıq məktubda ABŞ müsəlman liderləri Ağ Evi “təcili olaraq atəşkəs üçün təbliğat aparmağa” çağırıblar. Onların fikrincə, Qəzzada vəziyyət kritik həddə çatıb və məhz İsrailin ABŞ-dən qeyd-şərtsiz maliyyə və hərbi dəstəyi mülki əhalinin tələfatına səbəb olan zorakılığın davam etməsində mühüm rol oynayıb.
Bununla əlaqədar, müəlliflər Bayden administrasiyasından ABŞ-nin şərq vaxtı ilə 31 oktyabr çərşənbə axşamı, saat 17:00-a qədər (Bakı vaxtı ilə 1 noyabr 02:00) atəşkəsi təmin etmək üçün təcili addımlar atmağı tələb ediblər.
GUNDEMXEBER.AZ
26-04-2019, 13:43
16-04-2021, 11:38
17-02-2013, 11:28
5-02-2020, 12:22
13-04-2020, 14:54
Sorğu
Yeni dizaynımız necədir?