İranın dini rəhbəri Ayətullah Seyid Əli Xamenei müsəlman dövlətlərini İsrailə neft və mal ixracını dayandırmağa, İsrailin mühasirədə olan "Qəzza zolağına qarşı davam edən vəhşiliklərinə" son qoymağa çağırıb.
Gundemxeber.az xəbər verir ki, Xamenei bunu çərşənbə günü iranlıların noyabrın 4-də qeyd etdikləri Milli Tələbə Günü və Milli Qlobal Təkəbbürlə Mübarizə Günü ərəfəsində ölkənin hər yerindən gələn tələbələrlə görüşündə deyib
O, həmçinin mühasirədə olan Qəzza zolağında "İsrailin vəhşilikləri" qarşısında Fələstinin müqavimətini və möhkəmliyini tərifləyib, bildirib ki, onların müqaviməti insan şüurunu oyadıb.
Xamenei qeyf edib ki, 1979-cu ildə tələbələrin ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirməsi İran xalqının Vaşinqtona zərbəsi olub: "ABŞ rüsvay edildi. Bu, İran xalqı tərəfindən Amerikaya zərbə oldu".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?