"Vəziyyət çox gərgindir. Odur ki, heç bir görüş, hətta Yəmənin İsrailə savaş elan etməsi də durumu dəyişməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Rufiz Hafizoğlu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın Dohada HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə ilə görüşünün başlanan münaqişəyə təsirini şərh edərkən deyib.
Analitik qeyd edib ki, ilk növbədə bu görüşün nədən Dohada keçirildiyinə fikir verməliyik:
"Məsələ ondadır ki, buna qədər HƏMAS lideri İsmayıl Haniyə İrana səfərlər edərək, bu ölkə rəsmilərilə görüşürdü. Amma bu dəfəki görüş Qətərdə baş tutub. Bu isə görüş təşəbbüsünün İrandan Qətərə keçməsinin göstəricisidir. Məsələ ondadır ki, İran-HƏMAS əlaqələri nə qədər açıq nümayiş etdirilsə də, Tehranla bu qruplaşma arasında ciddi ideoloji, siyasi fərqlər var. HƏMAS sünni qruplaşmadır, "Müsəlman qardaşları”na bağlı olan təşkilatdır. HƏMAS ona görə İran tərəfə meyl edib ki, vaxtilə ərəb dövlətləri onu dəstəkləməyib. Bu baxımdan da HƏMAS "düşmənimin düşməni mənim dostumdur” prinsipilə hərəkət edir”
Ekspert hesab edir ki, İranın HƏMAS-la apardığı danışıqların qruplaşmanın İsraillə başladığı münaqişəni daha da alovlandırmayacaq:
"Yəmənin savaşa qoşulması da ciddi dəyişikliklərə səbəb olmayacaq. Yəmən İsrailə təsir edəcək gücə malik deyil. Bunu elan edənin Yəmən dövləti, yoxsa Husi qruplaşması olduğunu bilmək lazımdır. İsrail dövlət olaraq münaqişənin genişlənməsinin qarşısını ala bilərdi. HƏMAS həqəqətən də problemdir. Hətta ərəb dövlətləri üçün də problemdir. Ona görə də ərəb dövlətləri özləri belə HƏMAS-ın ayaqda qalmasını istəmir. Amma məsələ ondadır ki, məsələni dini müstəviyə çevirmək istəyən qüvvələr də var".
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Dohada HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə ilə görüşüb. Tərəflər Qəzzadakı vəziyyəti müzakirə ediblər.
Sorğu
Yeni dizaynımız necədir?