Gundemxeber.az » Dünya » İstanbulun 50 günlük su ehtiyatı qalıb
Türkiyənin ən sıx məskunlaşmaya sahib İstanbul şəhərini su ilə təmin edən anbarlarında suyun səviyyəsi 18%-ə düşüb.
Bu müddət ərzində yağıntı olmasa, bu həcm cəmi 50 gün üçün kifayət edəcək.
Məlumatı İstanbul Su Ehtiyatları və Kanalizasiya İdarəsi verib.
Qeyd edək ki, 18,07% - 156,9 milyon kubmetrdir. Aprel ayında rezervuar ehtiyatları 48,5% təşkil edib və o vaxtdan bəri davamlı olaraq azalmaqdadır.
16 milyondan çox insanın yaşadığı şəhər hər gün 3,1 milyon kubmetr su istehlak edir. İdarə İstanbul sakinlərini suya qənaət etməyə çağırıb.
GUNDEMXEBER.AZ
16-07-2020, 15:42
13-09-2015, 13:48
14-02-2017, 23:19
28-08-2013, 10:53
23-01-2021, 11:18
Sorğu
Yeni dizaynımız necədir?