ABŞ prezidenti Co Baydenin administrasiyası cümə günü Ukraynaya daha 425 milyon dollarlıq hərbi yardım paketi elan etməyi planlaşdırır, bu paketə pilotsuz uçuş aparatlarına qarşı raketlər və sursatlar daxildir.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki amerikalı məmura və göndərilmək üçün hazırlanan silahların siyahısı olan sənədə istinadən məlumat yayıb.
Ukraynaya yeni yardım paketinə təxminən 300 milyon dollar dəyərində PUA-ları vurmaq üçün lazerlə idarə olunan sursatlar daxil ola bilər. Onlar Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) vasitəsilə sifariş veriləcək ki, bu da silahların ABŞ ordusunun anbarlarından təhvil verilməsini deyil, istehsalçılardan alınmasını nəzərdə tutur.
Reuters yazır ki, paketin qalan hissəsinə NASAMS və HIMARS sistemləri üçün əlavə döyüş sursatı, 105 və 155 mm-lik artilleriya, TOW tank əleyhinə raketlər, Claymore piyada əleyhinə minalar, kiçik silahlar və ağır yük maşınları daxildir. Onların ABŞ ordusunun ehtiyatlarından köçürülməsi gözlənilir.
Nəşrin yazdığına görə, hərbi yardım tranşına əlavə ATACMS uzaqmənzilli raketlərinin daxil olacağı gözlənilmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?