ABŞ prezidenti Co Bayden Ukraynaya əlavə 800 milyon dollar dəyərində təhlükəsizlik yardımı elan edəcək.
CNN xəbər verir ki, bunu Ağ Ev rəsmiləri bildirib. Planlarla tanış olan rəsmilər vurğulayıb ki, hərbi yardım paketinə tank əleyhinə raketlər və ABŞ-ın artıq təmin etdiyi digər müdafiə silahları, o cümlədən "Javelin" tank əleyhinə raketləri və "Stinger" zenit raketləri daxildir. Bu gün Co Baydenin çıxışı gözlənilir, yeni yardım paketi də onun nitqi əsnasında elan olunacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?