Gundemxeber.az » Dünya » İsrail ilk dəfə atmosferdən kənarda ballistik raketləri ələ keçirə bilən sistemdən istifadə edib
Israil ordusu ilk dəfə atmosferdən kənarda ballistik raketləri ələ keçirə bilən “Arrow-3” raketdən müdafiə sistemindən (İvrit dilində “Hetz-3” kimi tanınır - red.) istifadə edib.
Bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) xəbər verib.
Məlumatda qeyd olunur ki, “Arrow-3” Yəməndən atıldığı ehtimal olunan raketi Qırmızı dəniz üzərində ələ keçirib.
“Raket İsrailin cənubunda yerləşən Eylat şəhərinə doğru istiqamətlənibmiş”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, “Arrow-3” raketdən müdafiə sistemi ilk dəfə 2017-ci ildə quraşdırılıb və ballistik raketləri atmosferdən kənarda məhv etmək üçün nəzərdə tutulub.
GUNDEMXEBER.AZ
9-03-2014, 13:23
26-11-2019, 14:17
18-07-2019, 11:54
6-05-2016, 02:25
10-02-2018, 15:00
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?