Gundemxeber.az » Dünya » ABŞ-nin Suriyadakı bazasına hücum edilib
Suriya ilə sərhəddə yerləşən Ət-Tənf şəhərində ABŞ hərbi bazasına hücum edilib.
GUNDEMXEBER.AZ xarici mediaya bildirir ki, bu barədə “İraq İslami Müqavimət” hərəkatının nümayəndəsi məlumat yayıb.
“İraq İslami Müqaviməti”nin döyüşçüləri amerikalı işğalçıların Suriyadakı Ət-Tənf bazasına pilotsuz uçuş aparatları ilə hücum edərək hədəfi vurublar”, - deyə qruplaşmanın bəyanatında bildirilir.
Mümkün itkilər, xəsarət alanlar və ya maddi ziyan barədə məlumat verilmir.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsi kəskinləşdiyi bir vaxtda ABŞ-nin Suriya və İraqdakı hərbi bazaları raket və pilotsuz təyyarələrdən hücumlarına məruz qalıb. Verilən məlumata görə, oktyabrın 17-dən bu yana belə hücumların sayı 46-ya çatıb.
GUNDEMXEBER.AZ
31-12-2014, 23:51
25-11-2015, 14:40
23-10-2023, 11:50
30-09-2019, 16:33
20-01-2020, 15:29
Sorğu
Yeni dizaynımız necədir?