İspaniyanın ifrat sağçı "Vox” partiyası baş nazir səlahiyyətlərini icra edən və İspaniya Sosialist İşçi Partiyasının (PSOE) lideri Pedro Sançesə qarşı terrorizmlə əməkdaşlıq və rüşvətxorluq ittihamı ilə məhkəmə iddiaaı qaldırıb.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə partiyanın "Telegram" kanalında məlumat verilib.
Nəşr qeyd edir ki, "Vox” partiyası Sançesə qarşı rüşvətxorluq, terrorizmlə əməkdaşlıq, ədliyyə orqanlarının funksiyalarını qəsb etmək ittihamı ilə məhkəməyə müraciət edib.
Partiya əlavə edib ki, buna səbəb İspaniya parlamentinin aşağı palatasında PSOE partiyasının katalon separatçılarına amnistiya haqqında qanunu təqdim etməsi olub.
Bundan əvvəl İspaniya Birləşmiş Polis Assosiasiyası Barselonada baş nazir səlahiyyətlərini icra edən Pedro Sançesin PSOE partiyasının və separatçı "Birlikdə Kataloniya üçün” (Junts per Catalunya) partiyasının katalon separatçılarına amnistiya qanunu ilə bağlı razılaşmaya etiraz etdiyini açıqlamışdı.
Sorğu
Yeni dizaynımız necədir?