Gundemxeber.az » Dünya » Moldovada analitik mərkəzin rəhbəri: “Azərbaycanın Ermənistan ilə birbaşa danışığı təklifi alqışlanandır”
“Azərbaycanın Ermənistan ilə birbaşa, vasitəçisiz sülh danışığı təklifi alqışlanandır”.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Moldovanın Şərqi Avropa üzrə “Intellect Group” analitik mərkəzinin rəhbəri Yan Lisnevski bildirib.
O qeyd edib ki, iki ölkə arasında münasibətlərin mürəkkəb qalmasının səbəblərindən biri beynəlxalq güclərin geosiyasi vəziyyəti gərginləşdirməsidir.
“Azərbaycanın Ermənistanla birbaşa sülh danışıqları aparmaq istəyi alqışlanılır. Bu, başqa ölkələrin müdaxiləsi olmadan konstruktiv dialoqun aparılmasına səbəb ola bilər”, - Y.Lisnevski deyib.
O, fikrini izah edərək bildirib ki, vasitəçi ölkələrin bu məsələdə öz maraqları ola bilər və üstəlik, bu maraqlar açıq-aşkar səsləndirilmir.
“Görürük ki, son günlərdə beynəlxalq aktorların fəaliyyəti müsbət nəticə vermir. 2022-ci ildən əvvəl hesab edilirdi ki, fövqəldövlətlər sülh danışıqlarında vasitəçi ola, yardım göstərə bilərlər. Buraya humanitar yardımlar, diplomatik sahədə kömək daxil idi. Amma hazırda bu məsələdə onların nüfuzu azalır. Çünki fövqəldövlətlərin maraqları var və onlar bu münaqişə zonalarından öz maraqları naminə istifadə edirlər”, - o deyib.
Ekspertin sözlərinə görə, Ukraynada hərbi əməliyyatların genişlənməsindən sonra dünyada 40-dan çox münaqişə zonası risk altındadır.
“Həmin münaqişə zonalarında vəziyyət hər an gərginləşə bilər. Buna nümunə olaraq İsraili göstərmək olar. Bundan başqa, Dnestryanı ətrafındakı vəziyyət də gərgindir. Əhali təzyiq altındadır. Burada sabitliyin pozulmaması üçün tərəflər danışıqlar aparmalıdırlar. Onlar bu danışıqları fövqəldövlətlərin iştirakı olmadan həyata keçirməlidirlər”, - Y.Lisnevski hesab edir.
O qeyd edib ki, böyük dövlətlərin belə danışıqlarda iştirakının müsbət tərəfi odur ki, onlar zəmanət verə, yardım göstərə bilərlər.
“Amma burada əsas məsələ ikili standartlar sisteminin olmamasıdır. Başa düşməliyik ki, qeyri-sabit vəziyyət ciddi təhdidlər yaradır. Bütün ölkələrdəki insanlar artıq son beş ildir ki, gərgin vəziyyətdə yaşayırlar. Bu dövr ərzində koronavirus pandemiyası yayılıb, müharibələr başlayıb və s. Stres vəziyyəti müxtəlif ölkələrin cəmiyyətlərinə mənfi təsir göstərir. Buraya Moldova, Ermənistan, Azərbaycan, yəni gərginliyin olduğu bütün ölkələr daxildir. Müharibələr hər an başlaya bilər. Amma onların harada başlayacağını proqnozlaşdırmaq çox çətindir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib ki, erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər.
GundemXeber.Az
29-05-2019, 12:35
27-06-2017, 23:44
9-12-2013, 11:03
22-06-2018, 14:24
5-11-2013, 13:02
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?