Assancın 2013-cə ildə daha bir milyon məxfi sənədi açıqlayacağını bildirib
gundemxeber.az “WikiLeaks”in yaradıcısı Julian Assancın son açıqlamasını diqqət almağa dəyər. Söhbət, Assancın 2013-cə ildə daha bir milyon məxfi sənədi açıqlayacağı ilə bağlı bəyanatından gedir. Nəzərə almaq lazımdır ki, ötən dəfəki “WikiLeaks” fırtınası dünyadakı bir çox rejimləri sözün əsl mənasında silkələdi. Həmin vaxt barəsində ən çox ifşaedici materiallar yayılan ölkələrdən biri Azərbaycan idi. Bu dəfə də 1 milyon məxfi sənədin arasında Azərbaycan hökumətinin ayrı-ayrı şəxsləri ilə bağlı maraqlı məlumatların açıqlanacağı şübhəsizdir. Maraqlıdır, qarşıdan gələn prezident seçkiləri ilində “WikiLeaks”in bu məlumatları hakimiyyətin növbəti ifşası ola bilərmi? Siyasi şərhçi Rahim Hacıyevin sözlərinə görə, birinci “WikiLeaks” materialları avtoritar rejimli bir neçə ölkədə siyasi proseslərə ciddi təsir göstərdi: “Hətta onların sonradan tarixin arxivinə getməsində müstəsna rol oynadı. Faktiki olaraq bir neçə diktatura rejimlərinin törətdiyi qanunsuz əməllər bu sənədlər vasitəsi ilə ifşa olundu. Sonra həmin rejimlərdə bir-birinin ardınca hakimiyyət dəyişikliyi baş verdi. Budəfəki “WikiLeaks” materiallarının da dünyadakı proseslərə ciddi təsir göstərəcəyi şübhəsizdir. Assancın son çıxışı göstərir ki, yeni materiallar işıq üzü görəcək. Çox mühüm məqam isə ondan ibarətdir ki, Assanc heç bir ölkənin bu prosesdən kənarda qalmayacağını deyib. Bu o deməkdir ki, Azərbaycanla da bağlı maraqlı materiallar olacaq. Hesab edirəm ki, Azərbaycanla bağlı budəfəki materiallar daha sarsıdıcı olacaq. Və ölkədəki proseslərə ciddi təsir göstərəcək”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?