GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İranda sünni-şiə qarşıdurması güclənir

İranda sünni-şiə qarşıdurması güclənir

Tarix: 24-12-2012, 12:02 Bölmə :Dünya Baxış: 739
İranda sünni-şiə qarşıdurması güclənir

Molla rejimi din adına yeni siyasətə başlayıb

gundemxeber.az Azadliqradiosunun fars xidmətinin əməkdaşı Hossein Aryan yazır ki, İranın şiə dini liderləri «yenidənqurma» adı altında ölkədəki sünni mədrəsələrini ələ keçirmək istəyir. Bundan ötrü 2008-ci ildə Qum şəhərindəki İranın Mədəni İnqilab Şurası tərəfindən qəbul edilən bəyannaməyə əsaslanırlar. Bu Şuraya prezident Mahmud Ahmedinejat başçılıq eləsə də, üzvlərini Ali dini lider Ayatullah Ali Xameneyi təyin edir.
Sözügedən bəyannamədə sünni mədrəsələrinin idarəetməsini və tədris planına əlavə və dəyişikliklərdən söhbət gedir. Həmin sənəddə mədrəsələrin Ali Dini Liderin - Xameneyinin nümayəndəsi tərəfindən idarə olunması və proqramın da dəyişdirilməsi nəzərdə tutulur. Mədəni İnqilab Şurasının katibi Hojjat ol-Eslam Abbas Farzi iyunun 21-də bəyan eləmişdi ki, artıq sünni mədrəsələrinin 98 faizində yenidənqurma işləri başa çatıb və onlar təkrar qeydiyyata alınıblar. Bu işlərin də məqsədi odur ki, sünni dindarlarının da müasir standartlara cavab verməsini təmin etsin və sentyabrdan ayından başlayaraq, onların maaşlarını da qaldırsın.
Dekabrın 5-də Zahedanda keçirilən təntənəli mərasimdə elan edilib ki, sünni mədrəsələrinin tədris planını ora səviyyəli bir şiə xadimi - Hojjat ol-Eslam Ahmad Barati gözdən keçirəcək. Bu qərarı elan edən Ayatollah Abbas Ali Soleymani deyib ki, bəzi sünni mədrəsələrində müəllimlər Vəhhabiliyin təsiri altındadırlar, tələbələrin də beyninin yuyurlar və bu fikirləri yayırlar: «Və əgər biz vaxtında bu cür tələbələri düz yola yönəltsək onları gələcəkdə cinayətlər və vəhşiliklər törətməkdən də çəkindirmiş olarıq». Soleymani vəhşilik deyəndə Jundallah qruplaşmasının bu regionda uzun illərdir ki, törətdiyi terror aktlarına işarə edib.
Ancaq Tehranın bu qərarı bir çox yerli sünni dini xadimləri narazı salıb. Zahedanda, cümə namazındakı moizəsində Molavi Abdul Hamid narazılığını gizlətməyib. Deyib ki, məscidlərini və mədrəsələri hökumətə təhvil verə bilməzlər: «Əgər hökumət sadəcə ümumi nəzarət istəyirsə, biz bunu qəbul edərik. Biz hökumətə və Ali lider Khameneiyə tabeyik, amma dini məsələləri onlara buraxa bilmərik. Bu məsələlər heç vaxt hökumətin əlində olmamalıdır. İstər islamçı hökumət olsun, istərsə də başqası. Bizi məhbəs və sürgünlə də hədələməyin. Allah bilir ki, biz hətta ölümdən də qorxmuruq.»
Amma İrandakı bəzi fəallar bu planın əslində siyasi məqsədlərlə bağlı olduğunu düşünür. Məsələ ondadır ki, İranda sünnilər əsasən kürdlər, bəluçlar və türkmənlərdir. Onlar ölkə əhalisinin 10 faizinə yaxının təşkil edirlər, tarixən Tehrandakı rejimlə problemləri olub.
İranın Konstitusiyasında sünni müsəlmanlara tam vicdan və dini etiqad azadlığı verilir. Amma sünnilər şikayətlənirlər ki, şiə rejiminin hakimiyyətə gəlməsindən sonra onları sıxışdırırlar. Məsələn, İslam inqilabından sonra sünnilərin ancaq bir naziri olub, onlara Tehranda və başqa iri şəhərlərdə məscid tikməyə icazə vermirlər və s. və ilaxır.
Londondakı Abdolsattar Doshoki kimi ekspertlər düşünür ki, əslində Tehran rejiminin məqsədi hakimiyyətin nəzarət edə bilmədiyi sünniləri də nəzarətə almaqdır. Mədrəsələri nəzarətə almaq üçün sünni üləmalara qarşı təzyiqlər əslində bir neçə ildir davam edir. Amma son bir neçə ayda proses sürətlənib. Onlara xaricə getməyə və ya dini konfranslara qatılmağa qoymurlar. Zəiflətmək, təzyiq etmək və ayrı-seçkilik salmaq kimi hərəkətlərin axırı isə pis olacaq və Bəluçistandakı ekstremist qrupların daha da radikallaşmasına gətirəcək.
Ancaq İranın Ali dini lideri Ayatullah Xameneyi hər hansı təzyiq iddialarını təkzib deyir. Əksinə, bütün çıxışlarında deyir ki, ümumi düşmənlərə qarşı mübarizə aparmaq üçün sünni-şiə birliyinə ehtiyac var və bütün bu tədbirlər də bu birliyin qurulmasına yönəlib. Ötən il Xameneyi sünni rəmzlərinin təhqir olunmasını qadağan edən fətva da vermişdi. Ancaq o da var ki, İranda Xameneyinin sünni-şiə qardaşlığı fikrini qəbul etməyənlərə də vəhhabi damğası vururlar. Elə Zahedandakı Abdol Hamid Molavi də cümə namazındakı fikirlərinə görə bu cür damğalanıb. Bu ay keçirilən nümayişdə şiələr «Vəhhabilərə ölüm, Molaviyə ölüm» şüarları səsləndiriblər.

«Siyasət şöbəsi»
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Söyün Sadıqovdan sünni-şiə açıqlaması

    Söyün Sadıqovdan sünni-şiə açıqlaması ...

    16-11-2013, 17:13

  • 
  • Sünni və şiələr arasında gərginlik varmı?

    Sünni və şiələr arasında gərginlik varmı? ...

    11-11-2013, 21:56

  • 
  • Təbriz İranın yeni paytaxı ola bilər

    Təbriz İranın yeni paytaxı ola bilər ...

    14-12-2012, 11:47

  • 
  • İran müqəddəs yerləri mühafizə etmək üçün İraqa qoşun yeritdi

    İran müqəddəs yerləri mühafizə etmək üçün İraqa ...

    16-06-2014, 20:59

  • 
  • Şiə müsəlmanların yayılma coğrafiyası (infoqrafika)

    Şiə müsəlmanların yayılma coğrafiyası ...

    8-01-2016, 18:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu