Rusiyanın “Mir24” telekanalı Aşura günü ilə bağlı süjet hazırlayıb və ekspert kimi “Milyarderlər ittifaqı”nın üzvü, Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasında yer alan Söyün Sadıqovun fikirlərinə yer verib.
Virtualaz.org saytının məlumatına görə, süjetdə deyilir ki, Aşura günü şiə müsəlmanlar böyük müsəlman peyğəmbəri Məhəmmədin (ə.s) nəvəsi İmam Hüseynin və onun tərəfdarlarının Yezid ibn-Müaviyənin qoşunları ilə döyüşdə həlak olmasınının ildönümünü qeyd edirlər.
“Şiələr Aşuranı 1300 ildir qeyd edirlər. Sünni müsəlmanlar da bu tarixi qeyd edirlər, ancaq faciə kimi yox. Onların inanclarına görə, həmin gün Nuhun gəmisi quruya çıxıb, Musa peyğəmbər isə öz ardıcılları ilə birlikdə fironun təqiblərindən xilas olub” - deyə süjetdə bildirilir.
Daha sonra Söyün Sadıqovun sitatına yer verilir.
“Şiələrlə sünnilər arasında ən kəskin bölünmə İmam Hüseynin ölümündən sonra başladı. Məhz bu hadisə kəskin parçalanmada dönüş nöqtəsi oldu” - deyə S.Sadıqov bildirir.
Telekanal bildirir ki, Aşura günü şiələr Quran oxuyur və ayinlər keçirir. Sünnilər üçün isə həmin gün üçün hansısa qaydalar yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?