İspaniyanın xarici işlər naziri Xose Manuel Albares deyib ki, Avropa Berlin divarının uçmasından sonra ən kritik anını yaşayır.
GUNDEMXEBER.AZ xəbər verir ki, XİN rəhbəri bu barədə ATƏT-in iclasındakı çıxışı zamanı bildirib.
"Berlin divarının yıxılmasından sonra Avropada ən böyük dönüş nöqtəsi ilə qarşılaşırıq. Bu, ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasına hər zamankındən daha çox ehtiyac duyulan kontekstdir", deyə Albares bildirib
O, həmçinin ATƏT-in "qaydalara əsaslanan beynəlxalq nizamın müdafiəsində” mühüm rol oynayan Aralıq dənizi və Asiya tərəfdaşları ilə əlaqələrinin gücləndirilməsinin vacibliyinə işarə edib.
İspaniyanın xarici işlər naziri ATƏT-in konsensus qaydası əsasında tez-tez fikir ayrılığı olan ölkələrin bir araya gəlməsində əsas rolunu qeyd edib. Albares əsas məsələlərlə bağlı qarşıdan gələn müzakirələrdən narahatdır.
"Hər şeyə baxmayaraq, qarşıdan gələn əsas qərarlar üzrə konsensusun əldə edilməsinin çətinliyi ilə bağlı iflic təhlükəsi qaçılmazdır, bunlardan ən vacibi 2024-cü ildə prezidentlik, vahid büdcə, rəhbər vəzifələrin yenilənməsidir”, deyə o, vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?