Gundemxeber.az » Dünya » “Washington Post” qəzetinin əməkdaşları yarım əsrin ən böyük tətilinə başlayırlar
ABŞ-nin “Washington Post” nəşrinin 750-dən çox əməkdaşı tətil edir. Bu, media şirkətində təxminən 50 ilin ən böyük etirazı olacaq.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə nəşrin özü məlumat yayıb.
Bildirilir ki, 750-dən çox işçi 24 saat ərzində vəzifələri yerinə yetirməkdən imtina edəcək və Vaşinqtonda nəşrin ofisləri qarşısında bir günlük mitinq keçirəcək.
“Washington Post” əməkdaşları oxuculardan da həmrəylik əlaməti olaraq bir gün ərzində qəzeti oxumamağı və sayta daxil olmaqdan çəkinməyi xahiş ediblər.
Həmkarlar İttifaqının bildirdiyinə görə, etiraz işçiləri 18 aydır müqaviləsiz qoyan şirkətlə danışıqların dalana dirənməsi ilə bağlıdır. Qəzetin əməkdaşları, həmçinin, öz xahişləri ilə təzminat ödəməklə işdən çıxmaq təklifinə qarşı çıxırlar. Rəhbərliyin işçiləri ixtisar təhlükəsi altında bunu etməyə məcbur etdiyi iddia olunur.
Eyni zamanda, media şirkətinin menecerləri danışıqların “ədalətsiz” olması iddiasını rədd edirlər. Menecerlər müqavilənin ayın sonuna qədər bağlana biləcəyinə ümid etdiklərini bildiriblər.
Gundemxeber.az
31-07-2018, 23:08
20-07-2019, 09:40
11-01-2019, 16:44
21-12-2018, 12:49
7-01-2019, 12:55
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?